Tahir İmanov: "Çox təəsüf ki, bu gün belə layihələr azdır" (EKSKLÜZİV)

Tahir İmanov: "Çox təəsüf ki, bu gün belə layihələr azdır" (EKSKLÜZİV)
GƏNCLİK
10:52 29.07.2011
2888
Festivalla bağlı “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, aktyor Tahir İmanov AZXEBER.COM-a eksklüziv açıqlama verib. O, Gənclərin Vətənpərvərlik mövzusunda 1-ci Ümumrespublika Teatr Festivalı haqda danışıb. İmanov belə layihələrin daha çox olmasının tərəfdarı olduğunu deyib: “Mən belə layihələri hər zaman dəstəkləmişəm. Çünki burada söhbət vətəndən, vətənpərvərlikdən gedir. Vətənpərvərlik hislərini tərənnüm edən layihələrə hər bir azərbaycanlı dəstək olmalıdır. Çox təəsüf ki, bu gün belə layihələr azdır. İstərdim ki, belə layihələr davamlı keçirilsin. Ümid edirəm ki, bu layihə gənclərin marağına səbəb olacaq. Onlar bu festivalda fəallıq göstərəcəklər. Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş Teatr festivalında iştirak edəcək bütün gənclərə uğurlar arzulayıram”

Tahir İmanov layihənin icraçı direktoru Ramil Ağasıyevi hələ “Yumor Kuboku” müsabiqəsindən tanıdığını və izlədiyini deyib: “Məndə olan məlumata görə bu layihənin icraçı direktoru “Yumor Kuboku”nda iştirak edən “Eksklüziv” komandasının kapitanıdır. Bu komandanın üzvləri hələ yarış vaxtı digərlərindən yaxşı mənada fərqlənirdilər. Vətənpərvərlik, vətənə məhəbbət, sevgi onların çəkdiyi süjetlərdə özünü göstərirdi. Onlar çox yaxşı tərbiyəli, vətənpərvər gənclər idilər. Bu layihənin də gənclər tərəfindən keçirilməsinə çox sevinirəm. Mən öz adımdan deyə bilərəm ki, hər zaman gənclərə yardım etməyə hazıram”.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.

Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər. Layihənin media tərəfdaşları arasında AZXEBER.COM İnformasiya portalı da var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım