Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…
SOSİAL
09:00 09.03.2025
552
"Mənə qarşı olanların eybi yoxdur. Bu 3 ildə Milli Mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənılərə verdilər. Bəla bundadır”.

AZXEBER.COM xəbər verir ku, bu sözləri Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyi haqda deyib. 

O qeyd edib ki, Fuad Nağıyev və komandası Prezidentin etimadını doğrultmayıb:

"Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.
Bu çox  ağrıdıcıdır. Təəssüf edirəm”.

Xatırladaq ki, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşım edib və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.
OXŞAR XƏBƏRLƏR