"Dolma yeməyi Baltikyanı ölkələrin maddi mədəni milli irsi elan edilib".
Bu barədə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Oxu.Az-a məlumat verib.
O bildirib ki, bu məsələdə məsuliyyət Dövlət Turizm Agentliyinin üzərinə düşür:
"1988-ci ildən başlayaraq mətbəx davamızda dolma lokomotiv idi. Dövlət Turizm Agentliyinin gücü ilə "Amerika Kulinariya İncəsənət Məktəbi" (ASCA) Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (WACS) gətirildi. 2022-ci ildə sədr müavini səviyyəsində mətbuata verdikləri sözü yerinə yetirdilər. ASCA-nın "World Association of Chefs' Societies"in (Worldchefs) milli irs komitəsinə gətirilməyi, sən demə, buna görə imiş.
Milli irs komitəsinə yerləşdirilmələri 3 ay deyil dolmanı artıq Baltikyanı ölkələrin maddi-mədəni milli irsi elədilər. Bu Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası ilə birlikdə bir ildə 2.9 milyon manat pul silməkdən betər oldu ki! 3 aya bizim 37 illik davamızı, zəhmətimizi yerlə yeksan etdilər. Artıq Dövlət Turizm Agentliyindən xaricə dövlət sirlərinin sızdırılması heç təəccüblü deyil".
Tahir Əmiraslanov əlavə edib ki, hazırda Ermənistanın milli iş portalında 250 xörəyimiz var.
"Dünya Kulinariya Təşkilatları Birliyi dolmanı Baltikyanı ölkələrin maddi mədəni milli irsi elan edib. Həmin birlikdə 12 milyon sənətkar var və onlar bunu bütün dünyaya yayacaqlar. Məni 2022-ci il martın 17-də işdən çıxartdılar. Həmin ilin dekabrında artıq Ermənistanın milli iş portalına xörəklərimiz salındı. Hazırda 250 xörəyimiz həmin portaldadır".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.