Tahir İmanov Bakı meriyasını məhkəməyə verdi

Tahir İmanov Bakı meriyasını məhkəməyə verdi
SOSİAL
16:37 26.04.2023
230
Əməkdar artist Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

İddiaçı İmanov Tahir Qorxmaz oğlu meriyanı torpaq münasibətləri üzrə sair mübahisələr səbəbilə şikayət edib.

Artıq iş üzrə Bakı İnzibati Məhkəməsində hakim təyin edilib. Hakim Nəriman Abıyevin sədrliyi ilə baxılan proses ötən gün baş tutub.

Tahir İmanov məsələ ilə bağlı qaynarinfo-ya "Mənə sənətimlə bağlı suallar verin”, - deyərək, cavab verməyib.
 

OXŞAR XƏBƏRLƏR