Tahir İmanov qardaşının vəfatından danışdı - VİDEO

Tahir İmanov qardaşının vəfatından danışdı - VİDEO
MƏDƏNİYYƏT
22:38 07.10.2025
408
"Planet Parni iz Baku" KVN teatrının rəhbəri Tahir İmanov qardaşı Əməkdar artist Cabir İmanovun vəfatından sonra ilk dəfə paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, T. İmanov qardaşının vəfatı ilə əlaqədar videomüraciət ünvanlayıb.
 
"Bu çətin, sınaqlı, imtahanlı günlərdə bizimlə birlikdə oldunuz, bizə dəstək oldunuz və tək qoymadınız. Hər birinizə təşəkkür edirəm: sıravi vətəndaşlardan məmurlara kimi, kasıb bacı-qardaşlarımızdan zənginlərə kimi. Allah sizi və ailənizi qorusun. Bu çətin günlərdə bir çox dövlət qurumları bizə dəstək oldular, təşəkkür edirəm. Var olun. Və bu çətin günlərdə bəzi insanlar, xüsusi olaraq "jurnalistlər", xaricdə yaşayan, özlərini bloqer adlandıranlar da öz fikirlərini söylədilər. Amma bu barədə mən gələn videoda danışacağam. Hələlik isə bir daha çox sağ olun. Var olun, Allah millətimizi, xalqımızı və ölkəmizi qorusun", – deyə o qeyd edib.

Həmin videonu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR