Çalhanoğlu "Mançester Siti"nin hədəfində

İDMAN
15:11 30.09.2024
290

"Mançester Siti" "İnter"dən 30 yaşlı yarımmüdafiəçi Hakan Çalhanoğlunu transfer etməyə çalışır. 

QOL.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb .

 

 

İngiltərə klubu yarımmüdafiəçisi Rodrinin zədələnməsinə və bu mövsümü başa vurmasına görə onun çıxış etdiyi mövqeni gücləndirmək istəyir.

"Mançester Siti”nin Çalhanoğlunun transferi üçün İtaliya klubuna 50 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, bu mövsüm Çalhanoğlu bütün turnirlərdə 5 matçda iştirak edib və 1 qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR