Tahir Kərimli: "Bəzi müxalifət partiya sədrlərinin övladları hərbi xidmətdə olmayıb"

Tahir Kərimli: "Bəzi müxalifət partiya sədrlərinin övladları hərbi xidmətdə olmayıb"
SOSİAL
13:28 21.10.2021
320
"Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.

Bu fikirləri Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən "Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

"Bəzi müxalifət liderləri tələb edirlər ki, dayanmayaq, gedək Xankəndini alaq. Ancaq onların bəzilərinin övladları hərbi xidmətdə olmayıb. Bəzilərinin övladları xaricdə yaşayır”, - o bildirib.

Deputat vurğulayıb ki, kəndlərdə pay torpaqları verilib: "Ancaq insanların texnikaları yoxdur ki, həmin torpaqlarda əkin aparsınlar. Şəhərlər də işsizliyə görə dolur”.
 
///Report
OXŞAR XƏBƏRLƏR