Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) bəyanat yayıb.
AZXEBER.COM həmin bəyanatı təqdim edir:
TAİB üzvləri olaraq ABŞ Prezidenti Co Bayden tərəfindən 24 Aprel 1915 hadisələrinin "soyqırım” olaraq xarakterizə edilməsinin ən yumşaq ifadə ilə tarixi həqiqətləri təhrif edilmək olduğuna inanırıq və bunun qəbul edilməz olduğunu düşünürük.
"Bir millət, iki dövlət” meyarı ilə uzun illərdən bəri davam edən güclü dostluq əlaqələri ilə bağlı olduğumuz türk xalqının tarixi həqiqətlərlə uyğunlaşmayan və beynəlxalq hüquq baxımından da etibarlı olmayan bu ittihama məruz qalmasını kəskin şəkildə qınayırıq.
Nəcib türk milləti tarix səhnəsində həmişə sülhsevər və tolerant xüsusiyyətləri ilə tanınmışdır.
Şanlı, şərəfli tarixi boyunca heç vaxt insanlığa qarşı cinayət törətməmişdir. Qədim kökə malik bu tarix əsassız iddialarla ləkələnə bilməz.
Ermənistan və soyqırım haqqında bəhs edildikdə Azərbaycan xalqının ürəyinə Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının ağrısı düşür. Sadəcə 20-ci əsrin deyil, həm də bəşəriyyət tarixinin şahid olduğu ən böyük faciələrdən biri olan Xocalı soyqırımında Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində yaşayan 106 qadın, 70 qoca və 63 uşaq daxil olmaqla ümumilikdə 613 vətəndaşımız qətlə yetirilmişdir.
1275 nəfər əsir götürülmüş və təəssüf ki, onların 150 nəfərindən bu günə qədər heç bir xəbər alınmamışdır. Bu qeyri-insani hadisədən 487 nəfər mülki əhali ağır yaralı şəkildə xilas edilmişdir.
Bu vəhşicəsinə qırğının və keçən il Ermənistanın Qarabağ bölgəsini ədalətsiz işğalı ilə başlayan və günahsız mülki əhaliyə qarşı mənfur hücumları ilə daha da şiddətlənən müharibənin izləri yaddaşımızda hələ təzə olduğu halda ABŞ-ın gündəmində Ermənistanın əsassız iddiasının olması, lobbi fəaliyyətlərinin təsiri altında həyata keçirilən siyasi bir hərəkət olduğuna sübutdur.
ABŞ rəhbərliyi soyqırıma məruz qalan xalqların yaralarına vasitəçilik etmək istəyirsə, əvvəlcə bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını və Ermənistanın müharibə qətlləri ilə dolu cinayətlərindən danışmalıdır.
1915-ci il hadisələrinin arxivlərə və sənədlərə əsaslandırılaraq həqiqətlərin işığında və obyektiv bir şəkildə qiymətləndirilməli olduğunu irəli sürürük, hər zaman olduğu kimi bu mövzuda da Türkiyənin yanında olacağımızı xalqa hörmətlə elan edirik.