Üç Tailand əsgəri Kamboca ilə sərhəddə minaya düşüb.
Bu barədə "Reuters” agentliyi Tailand ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əsgərlər sərhəddə patrul xidməti həyata keçirərkən əsgərlərdən biri minaya basıb. Partlayış nəticəsində əsgərlərdən biri ayağını itirib, ikisi isə yaralanıb.
Onların hazırda xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.
///report