Tailand hotelində Ukrayna səfirinin cəsədi tapıldı

Tailand hotelində Ukrayna səfirinin cəsədi tapıldı
SİYASƏT
21:18 30.05.2021
635

Ukraynanın Tailanddakı səfiri Andrey Beşta vəfat edib.

Bu barədə ölkə prezidenti Vladimir Zelenski özünün "Twitter” səhifəsində məlumat paylaşıb.

Hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilib. 45 yaşlı diplomatın cəsədi Lipe adasındakı hoteldə aşkar olunub.

Tailand polisi və Ukrayna DİN-in ilkin məlumatlarına görə, səfirin ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
OXŞAR XƏBƏRLƏR