Tailand ordusu bəyanat verdi

Tailand ordusu bəyanat verdi
DÜNYA
10:15 30.05.2014
1206
Ötən həftə dövlət çevrilişinin baş verdiyi Tailandda ordu rəhbərliyi hakimiyyətdə qalmaq niyyətində olmadığını, lakin azad seçkilərin nə vaxt keçiriləcəyini deməkdə çətinlik çəkdiyini bəyan edib. ANS PRESS-in məlumatına görə, ordu rəsmiləri bu barədə dövlət çevrilişindən bəri beynəlxalq medianın nümayəndələri ilə ilk görüşdə danışıblar. "Bizim hakimiyyətdə qalmaq kimi niyyətimiz yoxdur, çünki yerinə yetirməli olduğumuz digər öhdəliklərimiz var", - bəyanatda belə deyilir. Lakin dövlət çevrilişinə qarşı aksiyalar hələ də davam etdiyindən, bu, xuntanın narazılığına səbəb olub.
OXŞAR XƏBƏRLƏR