Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib
DÜNYA
22:21 28.07.2025
221
Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.

Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır.

/report
OXŞAR XƏBƏRLƏR