Taimerdenovdan KRİTİK AÇIQLAMA: "Ölənlərin cəsədləri və 1347 silah..."

DÜNYA
21:25 16.01.2022
492
Almatıdakı iğtişaşların iştirakçıları silah anbarlarını ələ keçirərkən 1300 çox silah oğurlayıblar.

AZXEBER.COM TASS-a istinadla xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə şəhər polis idarəsinin rəisi Kanat Taimerdenov məlumat verib.

"Terrorçu qrupları 7 silah anbarını ələ keçiriblər və 1347 silah oğurlayıblar", - Taimerdenov bildirib.

Taymerdenovun sözlərinə görə, ümumilikdə 501 tüfəngli, 807 yivli və 39 qaz-travmatik silah oğurlanıb. 

O qeyd edib ki, iğtişaşçılar Almatı Polis İdarəsinin binasını ələ keçirmək üçün 27 dəfə cəhd ediblər:

"Hücumlar peşəkar təlim keçmiş, silah və döyüş üsullarını mükəmməl bilən insanlar tərəfindən həyata keçirilib. Eyni zamanda, onlar ölənləri meydanda buraxmayıblar, yaralıları da özləri ilə aparıblar. Həmin günlərdə morqlara 41 hücum olub. Ölənlərin cəsədləri naməlum şəxslər tərəfindən oğurlanıb”.

OXŞAR XƏBƏRLƏR