Türkiyənin Ədirnə şəhərində faciəvi hadisə yaşanıb.
AZXEBER.COM Türiyə mediasına istinadən xəbər verir ki, 5-ci mərtəbədə yaşayan 19 yaşlı qadın onu evdən götürmək üçün taksi çağırıb.
Çağırdığı taksi binanın qarşısına gəlib. Sərxoş olduğu deyilən qadın dərhal eyvana çıxaraq aşağı düşəcəyini bildirib. Lakin həmin vaxt müvazinətini itərərək 5-ci mərtəbədən aşağı yıxılıb.
Taksi sürücüsü onu qormağa çalışsa da, qadın sürücünün üzərinə düşüb. Nəticədə sürücünün ayağı sınıb.
Faktla bağlı araşdırma aparılır.
Aydın