"Taksi sürücüsü mənə evlilik təklif etmişdi" - Samirə

"Taksi sürücüsü mənə evlilik təklif etmişdi" - Samirə
MAQAZİN
14:09 30.10.2018
3882
Müğənni-meyxanaçı Samirə Yusifqızı bir müddət öncə şəxsi həyatıyla bağlı verdiyi açıqlamanın bəzi insanlar tərəfindən yanlış anlaşılmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, ölkə.az-ın əməkdaşıyla söhbətində ailə quracağı şəxslə bağlı bunları deyib:

"Ailə quracağım insanla intllektimiz, həyata baxışımız uzlaşmalıdır. Mənə hətta səkkiz il öncə taksi sürücüsü də evlilik təklif etmişdi, amma yox dedim. Yox deməyimə səbəb onun taksi sürücüsü olmağı yox, fikirlərimizin uyğun gəlməməsi idi. Ailə qurarkən insanı hərtərəfli tanımalı, bələd olmalısan. Təkcə pulla iş bitmir".

Qeyd edək ki, S.Yusifıqızı bir dəfə ailəli olub və həyat yoldaşı vəfat edib.

OXŞAR XƏBƏRLƏR