Taksi sürücüsü müştərini döydü — Bakıda şok hadisə

Taksi sürücüsü müştərini döydü — Bakıda şok hadisə
SOSİAL
17:44 16.12.2017
1237
Nəsimi rayonunda taksi sürücüsü müştərini döyüb.
 
AZXEBER.COM Ölkə.Az -a istinadən məlumatına görə, hadisə rayonun Rəsul Rza küçəsində qeydə alınıb. Kamran Əlimuradov adlı şəxs Nəsimi Rayonu Polis İdarəsi 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı taksi sürücüsü tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb.
 
Polis bölməsində zərərçəkmişin izahatı alınıb və xəsarət dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda polis bölməsinin əməliyyatçıları naməlum taksi sürücüsünü müəyyənləşdirməkdən ötrü əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
OXŞAR XƏBƏRLƏR