Taksi sürücüsünə qarşı soyğunçuluq edildi

Taksi sürücüsünə qarşı soyğunçuluq edildi
SOSİAL
19:54 24.03.2026
251
Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ
keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR