Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO
SOSİAL
21:37 20.08.2026
152
Müştəriyə telefonu danışmaq üçün verən taksi sürücüsü 2 min manatdan çox zərərə düşüb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxt sakini Azər Mehdiyev deyir ki, Xəzər rayonu, Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur.

Onun qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Elə hər şey də burdan başlayıb: ''Mənə dedi ki, telefonu ver, danışıb qaytarıram. Aldı, danışırdı. Mən də maşının içərisini təmizləyirdim. Bir də baxdım ki, yoxdur - aradan çıxıb. Sonra gördüm, 2 saat keçməmişdi -camaat məni axtarır. Nəsə olub, xəstəxanadasan? Dedim, nə olub? Dedilər, mənim adımdan SMS yazılıb. Deməli, kontaktımdakı adamlardan 2200 manat pul yığıb bu adam''.

Sürücü başına gələnlərlə bağlı dərhal polisə müraciət edib.

Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanııb. Azər Mehdiyev indi əsasən həmin şəxsin onun adından yazdığı mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir.

Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

OXŞAR XƏBƏRLƏR