Taksidə dəhşətli cinayət: Sevgilisini öldürən gənc sürücüyə görün nə dedi

MARAQLI
14:14 29.10.2021
661
Sevgilisini öldürən şəxs polisə təslim olub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaelinin Gölcük rayonunda sevgilisi Seyhan Gözeri taksidə öldürərək polisə təslim olan Ali Akbaba polis bölməsində dindiriləndən sonra ədliyyəyə aparılıb.

Ali Akbaba jurnalistlərin "Bunu niyə etdiniz?" sualına "namus üçün etdim” cavabını verib.

Ali Akbaba sevgilisi Seyhan Gözeri taksiyə mindirərək işə aparmaq istəyib. Avtomobildə söhbət edən cütlük arasında mübahisə düşüb. Gözer avtomobildən düşmək istədikdə ona yumruq ataraq qarşısını alan Ali Akbaba silahı çəkərək sevgilisi Seyhan Gözeri başından vurub.

Taksi sürücüsü Seyhan Gözeri xəstəxanaya aparmaq istəyib, lakin Ali Akbaba tapançanı sürücünün başına dayayıb və "Ölsün ölsün. Siz bizi polis idarəsinə aparın" deyib.

Taksi ilə Gölcük Rayon Polis Şöbəsinə gələn şəxs sevgilisinin öldürdüyünü deyərək təslim olub.

Qadının meyiti yarılma üçün Gölcük Dövlət Xəstəxanası meyitxanasına aparılarkən, taksi sürücüsü və Əli Akbaba nəzarətə alınıb.
 
Taksi sürücüsü ifadəsindən sonra sərbəst buraxılıb.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR