“Taksidə qiymət artımı gözləniləndir” - Ekspert xəbərdarlıq etdi

“Taksidə qiymət artımı gözləniləndir” - Ekspert xəbərdarlıq etdi
SOSİAL
22:26 25.12.2025
297
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə kvota çərçivəsində taksi minik avtomobilləri ilə sərnişindaşımaya icazə və onun əlavəsi olan buraxılış kartının alınması üçün müraciətlərin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək davam edəcək. göstərilən tarixdən sonra müraciətlərin qəbulu dayandırılacaq və kvota tələblərinə cavab verməyən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilməyəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev AZXEBER.COM-a açıqlaması zamanı bildirib ki, azalma söhbəti hələlik ola bilməz:

 

"Kvota məsələləri daha çox söz üzərində qalır, amma faktiki olaraq demək olar ki, bütün taksi sürücüləri fəaliyyətlərini davam etdirirlər. Artıq neçə illərdir müşahidə edirik ki, yeni taksi sifariş verildiyi zaman, "prius” sıradan çıxsa belə, yenə də həmin avtomobillərlə xidmət göstərilir. Taksi sifariş verən insanlar üçün əsas məsələ təcili şəkildə A nöqtəsindən B nöqtəsinə çatmaqdır. Buna görə də şikayət edənlərin sayı azdır və çox vaxt hansı avtomobilin gəlməsi sərnişin üçün ciddi əhəmiyyət daşımır. Bəzi hallarda təhlükəsizlik məsələlərinə daha çox diqqət edən, avtomobilin köhnə olmasına və ya sürücünün davranışına görə narazılıq bildirən şəxslər olur”.

Ekspert bildirib ki, hazırda sertifikat əldə edənədək sürücülərə vaxt verilir:

"Hazırda sertifikat əldə edənədək sürücülərə vaxt verilir. Bundan sonra isə bir sertifikatla bir neçə sürücünün qeydiyyatdan keçərək fəaliyyət göstərməsi mümkündür. Əsas şərt odur ki, işləmək istəyən sürücü olsun. Sürücülər müxtəlif yollarla bu sistemi uyğunlaşdıraraq fəaliyyətlərini davam etdirirlər”.

Nəqliyyat eksperti vurğulayıb ki, taksilərdə qiymət artımı gözləniləndir:

"Ölkəmizdə qiymətlərin enməsindən çox, artması gözlənilir və bu artıq hamı üçün adi haldır. Bir az yağış yağan kimi, avtomatik olaraq qiymətlər qalxır. Taksi sayı azaldıqda, sifarişlər asılı qaldıqda və ya kiçik bir problem yarandıqda belə qiymətlər dərhal artır”.

A.Nəbiyev sürücülərin imtahan məsələlərinə də toxunub:

"İmtahanlar mütəmadi olaraq keçirilir. İmtahandan keçməyən sürücülər də fəaliyyətlərini davam etdirirlər və növbəti imtahan üçün onlara yenidən vaxt verilir. Üstəlik, bu imtahanlar o qədər də ciddi xarakter daşımır. Əsasən məntiqə əsaslanan suallardır və normal düşünmə qabiliyyəti olan insanların əksəriyyəti bu imtahanlardan asanlıqla keçə bilir. Ümumilikdə bu proses daha çox formal xarakter daşıyır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır