Yaşadığı məhəllədə marketin qarşısına yaxınlaşan taksidən çılpaq şəkildə düşən qadın heç nə olmamış alış-verişə gedib.
AZXEBER.COM xəbər verir ki, qəribə hadisə Türkiyənin Denizli bölgəsində baş verib.
Görənləri təəccübləndirən qadın yarıçılpaq şəkildə marketdə alış-veriş etməyə başlayıb.
Marketdə çalışan işçilərə və müştərilərə məhəl qoymayan qadın rahat davranışı ilə alış-veriş etdikdən sonra gəldiyi taksiyə minərək ərazidən uzaqlaşıb.
Yarıçılpaq vəziyyətdə alış-veriş edən qadının təhlükəsizlik kamerası ilə lentə alınan görüntüləri mağaza sahibləri tərəfindən sosial mediada paylaşılıb. Bundan sonra polis sözügedən qadın haqqında araşdırmalara başlayıb.
Gülay