Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
AZXEBER.COM xəbər verir ki, şirkətin səlahiyyətli nümayəndəsi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın yalan olduğunu bildirib.
"Uber" taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə saytımıza bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.