Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, smartfondan istifadə etməyən vətəndaşlar olarsa, bu cihazı da qoşa bilərlər. O, reys qabağı müayinə məsələsinə də diqqət çəkib:
"Sürücünün özü də reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə bu şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik”.










































