İstanbulun Taksim meydanında nümayişlər bu gün də davam edib.
AZXEBER.COM-un “Milliyet”ə istinadən verdiyi xəbərə görə,ötən gün səhər saatlarındapolislə aksiya iştirakçıları arasında başlayan insident axşam saatlarında da davam edib.
Hadisələr zamanı aksiya işitrakçıları polis maşınlarına molotov kokteyli atıblar.Ətrafdakı dükanlara və restoranlara çoxlu sayda ziyan dəydiyi bildirilib.
Hazırda Taksim meydanı polisin nəzarəti altındadır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün mətbuata verdiyi açıqlamada, Taksimdəki aksiya iştirakçılarına səslənib. O açıqlamasında aksiyada iştirak edən və ağacların kəsilməsinə etiraz edən insanları evlərinə dönməyə səsləyib. Ərdoğan əks təqdirdə müdaxilələrin artacağını bildirib.