İstanbulda terror aktı baş verən İstiqlal küçəsində qadağalar tətbiq olunub.
AZXEBER.COM "Haber Global"a istinadla xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumay verib. O bildirib ki, 1400 metr uzunluğu olan küçədə bəzi qadağalar tətbiq olunacaq.
Belə ki, 1400 metr uzunluqda olan küçə boyunca stend qurmaq, küçə ticarəti, küçə musiqisi, sosial, mədəni və yaxud kommersiya tədbirlərinin təşkili, stol, stul, lövhə, səyyar tablolar qoymaq, sərgi qurmaq, kollektiv və ya fərdi çıxışlar qadağan olunub.
İstanbul valisi həmçinin bildirib ki, bu qərarın verilməsinə səbəb İstiqlal küçəsində təhlükəsizliyi və eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir.
Günel