Xəbər verdiyimiz kimi, 26 fevralda İstanbulun Taksim meydanında "Hepimiz hocalılıyız" mitinqi keçirilib. Mitinqdə 200 mindən çox insan iştirak edib. AZXEBER.COM-un məlumatına görə, mitinqdə azərbaycanlı sənətçilər də iştirak edib.
Müğənnilər Tünzalə Ağayeva, Manaf Ağayev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Azəri qızı Günel, Azərin, Nüşabə Ələsgərli, Ruhəngiz Allahverdiyeva, Nazənin, aktyorlardan Tahir və Cabir İmanov, şoumen Murad Dadaşov və on minlərlə azərbaycanlı mitinqdə olub.
Manaf Ağayev mitinqlə bağlı fikirlərini AZXEBER.COM-a bildirib: "Bu gün möhtəşəm mitinq oldu. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını dünyaya göstərdik. Mən də bir vətəndaş olaraq bura gəlməyi özümə borc bildim. Əminəm ki, belə mitinq ən yaxın zamanda Qarabağımızda da keçiriləcək". Hacıbəy Heydərli