İstanbulun Taksim meydanında nümayişlər bu gün də davam edib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Gəzinti Parkında başlayan nümayişlərdə bu gün də polislə aksiya iştirakçıları arasında insident yaşanıb.
Hadisələr zamanı aksiya işitrakçıları polis maşınlarına molotov kokteyli atıblar. Hadisə nəticəsində, çoxlu sayda yaralananların olduğu bildirilir.