Taksimdəki hücumdan sağ çıxan italyan turist o anları bölüşdü

Taksimdəki hücumdan sağ çıxan italyan turist o anları bölüşdü
DÜNYA
10:14 14.11.2022
241

Taksimdəki hücumdan sağ çıxan italyan turist o anları bölüşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünən günorta saatlarında bir qadının buraxdığı bombanın partlaması nəticəsində 6 nəfərin ölümü, 83 nəfərin yaralanması ilə nəticələnən hücumdan sağ çıxan italyan turist yaşadıqlarını Britaniya mətbuatına danışıb.

Dostları ilə Taksimdə olan 30 yaşlı D'Angelo hadisəni İngiltərənin "Mirror" qəzetinə danışıb:

"Mən sağ olduğum üçün çox şanslıyam. İstiqlal küçəsində gedirdim ki, bomba partladı. Gözəl, günəşli bir payız günü kabusa çevrildi. Dostlarım və sinifyoldaşlarımla bir muzeyə getdim və yolda qəhvə içməyə qərar verdik. Taksim meydanından Qalataya gedən yolda İstiqlaldan keçdik. Birdən iki partlayış eşitdik və sükut çökdü. Mən bunun silahlı hücum olduğunu düşündüm. Hər şey bir anda bulanıq oldu. Sonra yanıq iyi hiss etdim, yüzlərlə, hətta minlərlə adamın qaçıb qışqırdığını gördüm. Mən də qaçmağa başladım, çünki bunun təhlükəsiz olacağını düşündüm”

Həyatında heç bu qədər sürətli qaçmadığını ifadə edən D'Angelo "Masaların altında gizlənən insanları gördüm və bu məni qorxutdu. Başqa bomba olarsa, hara qaçmalı olduğumu düşündüm”,- deyə o anlaın çox həyəcanverici olduğunu bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR