Tale Heydərov: 'Bunları böyük bir kitab halına salaraq çap edəcəyik, dünyaya yayacağıq'

Tale Heydərov:
00:45 03.04.2013
4187

Ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı təbliğat kampaniyasına kökündən sarsıdıcı zərbə vuracaq tarixi xəritələr tapılıb. Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinin ilk dəfə aşkar etdiyi nadir tarixi sənədlər unikal mahiyyət daşıyır. Avropa və digər ölkələrin arxivlərindən əldə olunan müxtəlif tarixi dövrlərə aid xarici mənbələrdə Qarabağın əzəli Azərbaycan torpaqları olduğu göstərilir.

Avropa Azərbaycan Cəmiyyətinin prezidenti Tale Heydərov “New Baku Post”a eksklüziv müsahibəsində bəyan edib ki, tapılmış xəritələr tezliklə çap ediləcək. Hazırda “Azərbaycan tarixi xəritələri” adlı böyük bir kitabın üzərində ciddi iş gedir:
– Aşkar olunan xəritələr hansı dövrləri əhatə edir?
– Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması işi ilə məşğuluq və bunları böyük bir kitab halına salaraq çap edəcəyik, dünyaya yayacağıq. Kitab ingilis və Azərbaycan dilində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək.
Bu kitab bu il hazır olacaq. Xəritələr dünyanın tanınmış arxivlərindən əldə olunub. Bura rus, türk, ərəb, Britaniya, fransız, İran və Orta Asiya ölkələrinin arxivləri daxildir. Elə xəritələr var ki, ilk dəfə tapılıb. Məsələn, ermənilər həmişə iddia edirlər ki, Qarabağ eramızın ilk 5 əsrində onların uydurduğu “Böyük Ermənistan”ın ərazisində olub. Amma elə xəritələr tapmışıq ki, onların iddialarını təkzib edir. Həmin ərazilərin qədim Qafqaz Albaniyasının tərkibinə düşdüyünü göstərən xəritələr var.
Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb. Bunlar nəinki Qarabağın, Zəngəzurun və digər torpaqların bizim ərazilər olduğunu göstərən xəritələrdir. Orta əsrlərə aid Ağqoyunlu, Qaraqoyunlu dövrünə aid xəritələr də tapılıb.
– Ən çox hansı ölkənin arxivlərindən tapılıb bu xəritələr?
– Bizim indiyə qədər bildiyimizə görə, Azərbaycanla bağlı arxiv materialları ən çox Rusiyada idi. Amma məsələ ondadır ki, Rusiyaya daha yaxın olduğumuz üçün bizim fikrimiz belə idi. Osmanlı arxivlərində çoxlu sənədlər var ki, Azərbaycan tarixçiləri onları araşdırmayıb. Biz hal-hazırda oradan çoxlu xəritələr tapmışıq və ehtimal edirik ki, orada bizim bildiyimizdən də çox xəritələr var.
Fransada da gözlədiyimizdən çox xəritələr tapmışıq. Həmçinin Britaniyada da. Çünki 1918-ci ildə britaniyalılar Azərbaycana gəlmişdi və Hindistandan, digər ölkələrdən o vaxt olan tarixi sənədləri götürmüşdülər. Səfəvilər dövrünə aid də tapıntılar var.
– Avropa Azərbaycan Cəmiyyətinin qarşıda daha hansı töhfələri olacaq?
– “Vision of Azerbaijan” jurnalının tirajını və dövriliyini artıracağıq. Əvvəl hər 3 aydan bir çıxırdı, indi hər 2 aydan bir çıxacaq. İngiltərəli bir tədqiqatçı tərəfindən Azərbaycan haqqında bir kitab yazılır, onun təqdimatı olacaq.
Mayın sonunda Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda yeni ofisinin açılış mərasimi olacaq. İstanbulda iqtisadi forumumuz keçiriləcək və Türkiyənin ən mühüm insanları orada iştirak edəcəklər. Məşhur “Economist” jurnalının təşkil etdiyi bir konfransdır, biz onlarla partnyor şəklində bu konfransı keçirəcəyik. İlin sonunda isə yenə İstanbulda Azərbaycanın mədəniyyət konserti olacaq.
Qarşıda tədbirlərimiz, lobbi işlərimiz çoxdur. İndiyədək Qarabağ münaqişəsinə dair çoxlu qətnamələr əldə etmişik. Xocalı aeroportu məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyən bəyanatlar səslənib, bu iş davam edəcək. Ramil Səfərovun məsələsi ilə bağlı bəyanatlar var idi, onların da sayı artacaq, ümumiyyətlə, Qarabağla bağlı bəyanatların və qətnamələrin sayı artacaq.
– Sonda sualım “New Baku Post”un siqaret əleyhinə başlatdığı ictimai kampaniya ilə bağlıdır. Siz necə, siqaret çəkirsiniz?
– Siqaret çəkmirəm. Mən hesab edirəm ki, pis vərdişlərdən uzaq durmaq lazımdır. Çünki birincisi bu sağlamlığa zərərdir, ikincisi bunun nə isə bir mənası yoxdur, üçüncüsü isə bundan bir xeyir yoxdur.
Çalışmaq lazımdır ki, gənc yaşlarından belə şeylərdən uzaq durasan. Uzaq durandan sonra bunlara qoşulmaq da mümkün olmur. İdmanla məşğul olmaq lazımdır. İdmanla məşğul olan adam bu pis vərdişlərdən uzaq durur. Hər kəs bu pis vərdişdən çəkinsin. Kampaniyanızı ikiəlli dəstəkləyirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
İranda daha üç nüvə alimi öldürüldü
14:42 14.06.2025
İranda daha üç nüvə alimi öldürüldü
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
14:41 14.06.2025
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
14:31 14.06.2025
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
14:20 14.06.2025
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq
13:53 14.06.2025
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq