Tale Heydərov məşhur klubları Qəbələyə gətirir

İDMAN
18:01 05.12.2012
1361
“Qəbələ” klubu II Qəbələ Kubokunun hazırlıqlarına start verib. 
AZXEBER.COM ”Qəbələ” klubun rəsmi saytına istinadən məlumatına görə, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək turnir mayın 28-dən iyunun 4-ə qədər Qəbələdə baş tutacaq. 
Avropanın öndə gedən klublarının iştirakı ilə reallaşacaq yarışın təşkilatı işlərinə artıq başlanıb. Turnirin loqosu hazırlanaraq təsdiqlənib. Loqoda futbol rəmzi olan buts və Qəbələnin rəmzi olan dağlar əksini tapıb. Bundan əlavə, bir sıra məşhur Avropa klubuna dəvət göndərilib. Yaxın vaxtlarda turnir iştirakçılarının dəqiq siyahısı müəyyənləşdiriləcək.
Xatırladaq ki, ilk turnir bu il mayın 30-dan iyununun 4-ə kimi “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.

OXŞAR XƏBƏRLƏR