Taleh Bağırovun ailəsi ilə görüşünə icazə verilmir

Taleh Bağırovun ailəsi ilə görüşünə icazə verilmir
SOSİAL
23:26 01.06.2016
1452
Bu gün Bakı İstintaq Təcridxanasında Taleh Bağırovun iştirakı ilə onun və digərlərinin barəsində olan cinayət işi ilə bağlı istintaqın yekunlaşması elan olunub.
AZXEBER.COM  xəbər verir ki, bu haqda Modern.az-a T.Bağırovun hüquqlarını müdafiə edən Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, hazırda iş materialları ilə tanış olunmasına başlanılıb:

“Taleh Bağırovun nədə ittiham olunması müdafiə tərəfinə aydın deyil və onun son təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı üç səhifədən ibarət olmaqla qərarın təsviri-əsaslandırıcı hissəsibir cümlədən ibarətdir. Yəni cümlə üç vərəqdən ibarətdir və bununla da istintaqın hansı fikri çatdırmaq istədiyini anlamaq olmur".

C.Cavadov müvəkkilinin ailə üzvlərilə görüşünə icazə verilmədiyini deyib: “Bu gün həmçinin Taleh Bağırovun bildirdiyinə görə onunla görüşə gələn ailəsinə görüş verilməyib. Onları səhər bir neçə saat gözlətdikdən sonra naməlum səbəbdən görüş verilməsindən imtina edilib. Bu barədə rəsmi müraciətlə təcridxana rəhbərliyinə müraciət edəcəyik”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.12-ci, 29, 120.2.1-ci, 29, 120.2.3-cü, 29, 120.2.4-cü, 29, 120.2.7-ci, 29, 120.2.12-ci, 28, 214.2.1-ci, 28, 214.2.3-cü, 214-2-ci, 220.2-ci, 228.3-cü, 278-ci, 279.1-ci, 283.2.3-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

Aprelin 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Məhkəmə qərarından apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Daha sonra Taleh Bağırova yekun ittiham elan olunaraq onun ittiham edildiyi 214-cü (terrorçuluq) maddə 28, 214-cü (terorçuluğa hazırlıq) maddəsinə töfsif olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb