Taleh Bağırzadənin tərəfdarının evində axtarış - Silah-sursat tapıldı

KRİMİNAL
15:56 04.12.2015
2329
“Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən olan şəxsin evindən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən veriləm məlumata görə, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR