Taleh Kazımov: "COP29 Azərbaycana "yaşıl" maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək"

Taleh Kazımov: "COP29 Azərbaycana "yaşıl" maliyyənin cəlb edilməsinə müsbət təsir göstərəcək"
İQTİSADİYYAT
17:44 06.05.2024
470
COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən "yaşıl maliyyələşmə"nin cəlb edilməsinə müsbət təsir göstərəcək.

AZXEBER.COM Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Mərkəzi Bank hazırladığı Dayanıqlı Maliyyə Hesabatında 2024-cü ildə iqlim dəyişmələri və ekoloji, sosial va korporativ idarəetmə (ESG) riskləri ilə bağlı hədəflərini açıqlayıb.

Bu il AMB bu sektorda aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirəcək:

- Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması;

- Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması;

- İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası;

- Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi.

"Risklərinin idarə edilməsi potensialının artırılması və dayanıqlı maliyyə axınları üçün əlverişli ekosistemin formalaşdırılması məqsədilə çoxşaxəli və əhatəli tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bu tədbirlər beynəlxalq təcrübə və yerli maliyyə bazarları şərtləri nəzərə alınmaqla həyata keçiriləcək”, - AMB bəyan edib.

"Bu hesabat həmçinin Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə görülmüş işlərə dair maliyyə sektoru, cəmiyyət və bütün aidiyyəti tərəflər qarşısında şəffaflığın təmin edilməsi məqsədini daşıyır. Mərkəzi Bank dayanıqlı maliyyə istiqamətində gördüyü işləri müvafiq aidiyyəti tərəflərlə taksonomiyanın hazırlanması, maliyyə sektorunda iqlim dəyişmələri və ekoloji risklərinin qiymətləndirilməsi, dayanıqlı maliyyə axınları üçün adekvat ekosistemin formalaşdırılması və dayanıqlılıq üzrə məlumatların açıqlanmasının dəstəklənməsi üzrə möhkəmləndirməyi hədəfləyir”, - T. Kazımov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib