"Taliban" avtomobillərdə musiqi səsləndirilməsinə qadağa qoydu

"Taliban" avtomobillərdə musiqi səsləndirilməsinə qadağa qoydu
DÜNYA
17:30 25.12.2021
403
Əfqanıstanda "Taliban" hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərəkatının yaratdığı Fəzilətin Təşviqi və Əxlaqsılığın Kökünün Kəsilməsi Nazirliyi sürücülərə yazılı tövsiyə göndərib.

Bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən "Taliban" qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.
OXŞAR XƏBƏRLƏR