Əfqanıstandakı Taliban rejimi Avropada olan 14 diplomatik nümayəndəliyi ilə əlaqələrini kəsib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hökumətin ölkə hüdudlarından kənarda yaşayan Əfqanıstan vətəndaşlarının işini asanlaşdırdığı və bununla əlaqədar olaraq Avropa ölkələrindəki əfqan nümayəndələrinə mərkəzi hökumətlə əməkdaşlıq barədə dəfələrlə xəbərdarlıq edildiyi vurğulanıb.
Bu çərçivədə Əfqanıstanın London, Berlin və Bonn səfirlikləri və konsulluqları ilə yanaşı, Belçika, İsveçrə, Avstriya, Fransa, İtaliya, Yunanıstan, Polşa, İsveç, Norveç, Kanada və Avstraliyadakı nümayəndəlikləri və səfirlikləri ilə əlaqələrini tamamilə kəsdiyi deyilib.