"Taliban" Əfqanıstanda jurnalistika dərsliklərində dəyişiklik edib

"Taliban" Əfqanıstanda jurnalistika dərsliklərində dəyişiklik edib
DÜNYA
20:10 09.01.2023
210
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” silahlı qruplaşması jurnalistika ilə bağlı dərsliklərdə yeniliklər edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə "Khaama Press” agentliyi məlumat yayıb.

Təhsil naziri Ned Mohammad Nadim bildirib ki, konkret məzmunu hələ açıqlanmayan yeniliklər jurnalistləri "vətənə sədaqətli xidmətə” hazırlamaq üçün nəzərdə tutulub.

Hökumət gənc jurnalistləri ölkəyə şərəf və vicdanla xidmət etmək üçün yetişdirməyi qarşısına məqsəd qoyub.

Qeyd olunub ki, medianın mövcud rejimə və İslama qarşı təbliğat vasitəsi kimi xidmət göstərməsinə imkan verilməyəcək.

N.M. Nadim həmçinin Qərbi öz nəzarəti altında olan mediadan müsəlmanlara qarşı intellektual və təbliğat müharibəsi aparmaq üçün güclü silah kimi istifadə etməkdə günahlandırıb.

Agentlik yazır ki, "Taliban" 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra ölkədə jurnalist fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyub. Belə ki, yerli mediaya İslama zidd olan, məmurları təhqir edən və hakim rejimi tənqid edən materialların dərci qadağandır.

Xatırladaq ki, keçən ilin yazında ABŞ Silahlı Qüvvələri Əfqanıstandan çıxmaq barədə qərar qəbul etdikdən sonra "Taliban" Əfqanıstan üzərində nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlamışdı. Avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olmuş və sentyabrın 7-də hökumətin tərkibini açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR