“Taliban” ən qısa zamanda hökuməti elan edəcək

“Taliban” ən qısa zamanda hökuməti elan edəcək
DÜNYA
12:24 06.09.2021
655

Əfqanıstan idarəçiliyini ələ alan "Taliban” Kabildə mətbuat konfransı keçirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki,Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanda müharibənin bitdiyini və yeni hökumətin yaxın günlərdə elan ediləcəyini deyib:

"Əlhəmdulillah, Əfqanıstanda müharibə bitdi. Hökumətlə bağlı işlərimiz tamamlandı, hökuməti ən qısa zamanda elan edəcəyik".

"Taliban" sözçüsü Panşiri ələ keçirdiklərini və mülki itkilər olmadığını da açıqlayıb.

Həmçinin o, bildirib ki, Kabil hava limanının yenidən qurulması üçün yeni addımlar atılıb: "Xüsusilə, Qətər və Türkiyənin texniki qrupu və üçüncü ölkənin şirkəti öz işlərini həyata keçirir. Uçuşlar tezliklə başlayacaq. Yaxınlıqdakı ölkələr humanitar yardımla bizə dəstək olur. Xüsusilə İslam ölkələrindən olan qardaşlarımızın dəstəyinə ehtiyacımız var”.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR