"Taliban” hökuməti Əfqanıstanın paytaxtı Kabildəki "Buş bazarı”nın adını dəyişərək "Mücahidlər” qoyub.
Bu barədə yerli tacirlər məlumat yayıblar.
Bildirilib ki, bazarın girişində "Mücahidlər” ("Mujahideen”) yazılmış lövhə asılıb.
Qeyd edək ki, bazar ABŞ-ın keçmiş Prezidenti kiçik Buşun şərəfinə "Bazar-e-Buş” adlanırdı.
Report