“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib

“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib
DÜNYA
19:47 01.09.2021
1238
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətindəki müqavimət qüvvələrinə çağırış ünvanlayıb.

Çağırışda bu qüvvələrin "Taliban”a birləşməsi təklif olunub.

"Toqquşmalardan qaçmaq üçün müqavimət qüvvələrini hərəkata qoşulmağa çağırırıq”, - bildirilib.

"Taliban” həmçinin Pəncşirə qubernator təyin edib.

Qeyd edək ki, Pəncşirdəki qüvvələrə Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh başçılıq edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR