“Taliban” qadın səhiyyə işçilərini işə qayıtmağa çağırdı

“Taliban” qadın səhiyyə işçilərini işə qayıtmağa çağırdı
DÜNYA
09:13 29.08.2021
871
"Taliban” sözçülərindən olan Zabihullah Mücahid Əfqanıstan Səhiyyə Nazirliyinin tərkibində olan qadın səhiyyə işçiləri heyyətini vəzifələrini davam etdirmək üçün çağırıldıqlarını açıqlayıb.

Bu barədə o "Twitter” hesabında yazıb.

Mücahid qeyd edib ki, yeni rəhbərlik qadın tibb işçilərinin işlərini davam etdirmələrində problem deyil.



mazda.az

Daha ətraflı
"Səhiyyə Nazirliyi əyalətlərdə və paytaxtda çalışan bütün qadın işçiləri işlərinə davam etmələri ilə bağlı məlumatlandırıb”, - deyə o qeyd edib.

Sözçü bundan əvvəl Əfqanıstandakı qadınların ölkədə tam təhlükəsizlik təmin olunana qədər evdən çıxmamalarını tovsiyə edib, ancaq o bunun "müvəqqəti bir prosedur” olduğunu vurğulamışdı.

"Taliban”ın Əfqanıstanda qadın azadlıqlarını məhdudlaşdıracağına dair narahatlıqlara gəlincə, Mücahid yeni rəhbərliyin qadın dövlət işçilərinin işlərinə qayıtmasını təmin etmək üçün səylərini davam etdirdiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR