"Taliban" qadınların təhsil almasına qadağa qoyacaq - SƏBƏB

"Taliban" qadınların təhsil almasına qadağa qoyacaq - SƏBƏB
DÜNYA
11:50 23.12.2022
271
Əfqanıstanda "Taliban" hökumətinin təhsil nazirinin müavini Nida Məhəmməd Nedim qız tələbələrin universitetlərdə təhsilinin dayandırılması ilə bağlı bəzi əsaslandırmalar irəli sürərək, bunların "islam qaydalarına və Əfqanıstan ləyaqətinə zidd” olduğunu bildirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanda "Taliban" hökumətinin ali təhsil nazirinin müavini Nida Məhəmməd Nedim qadın tələbələrin universitetlərdə təhsilinin dayandırılması qalmaqalını müdafiə edərək, onların örtünmə, birgə təhsil, səyahət və yerləşmə kimi məsələlərdə gördükləri problemləri əsas gətirib.

Nazir müavini Əfqanıstan Dövlət Televiziyasında iştirak etdiyi bir proqramda, "Taliban" rəhbərliyinin ali təhsil sahəsində gətirdiyi qaydaların lazımi şəkildə həyata keçirilmədiyini müdafiə edib.

Belə ki, müavin "Universitetlərdə qızların örtünmə qaydalarına əməl etmədiyini, qadağaya baxmayaraq bəzi universitetlərdə təhsilin hələ də davam etdiyini, qız tələbələrin universitet təhsili üçün fərqli vilayətlərə gedib orada ailəsi olmadan yaşamasının uyğun olmadığını bildirib. 

Kənd təsərrüfatı və mühəndislik kimi bəzi fakültələrdə qızların təhsilinin "İslam qaydalarına və əfqan namusuna zidd" olduğunu iddia edən Nedim, "Məqsədimiz qızları təhsildən məhrum etmək deyil. Universitetlərdəki problemlərin həlli üçün araşdırmalar davam edir" - deyib.

Xatırladaq ki, "Taliban" administrasiyası ötən gün universitetlərdə qız tələbələrin təhsilinin ikinci elana qədər dayandırıldığını açıqlamışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR