“Taliban” qruplaşmanın liderinin öldüyü rəsmi təsdiqləndi
DÜNYA
01:50 31.07.2015
1108
“Taliban” hərəkatı rəsmi olaraq qruplaşmanın lideri Molla Ömərin öldüyünü təsdiqləyib..AZXEBER.COM xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.“İslam Əmirliyinin rəhbərliyi və Ömərin ailəsi Molla Ömərin xəstəlikdən keçindiyini bildiriblər”, deyə bəyanatda bildirilib.Əfqanıstan hökumətinin yaydığı bəyanatda “Taliban” lideri Molla Ömərin hələ 2013-cü ilin aprelində Pakistanda xəstəlikdən öldüyü bildirilib.