"Taliban"dan qadınlara daha bir QADAĞA

"Taliban"dan qadınlara daha bir QADAĞA
DÜNYA
14:51 11.11.2022
188
"Taliban" terror təşkilatı Əfqanıstanda qadınların park və bağçalara girməsini qadağan edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" qadınların hüquqlarına qoyulan məhdudiyyətləri artırmağa davam edir. Əvvəllər təhsil almağa qadağa qoyulan qadınların indi Kabildə əyləncə parklarına və bağçalarına getməsi qadağan edilib.

"Taliban"ın Etika Nazirliyi qərarı açıqlasa da, qərara səbəb kimi qadınların geyim qaydalarına əməl etməməsi göstərilib.
 
Qeyd edək ki, indiyədək ölkədə kişi və qadınların müxtəlif vaxt intervallarında park və bağlara girməsinə icazə verilirdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR