"Fənərbaxça"nın yeni transferi Anderson Taliskanın Acun Ilıcalı ilə birlikdə Türkiyədə prodüser şirkəti quracağı məlum olub.
AZXEBER.COM Braziliya mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı ilə braziliyalı futbolçu Taliscanın birgə qurduğu şirkətin məqsədi istedadlı türk musiqiçiləri üzə çıxarmaq olacaq.
Musiqi dünyasında "Spark” təxəllüsü ilə tanınan Taliska Braziliyada sahibi olduğu "Nine Four Records" ilə müxtəlif layihələr həyata keçirib. Yeni yaradılan şirkətin bu səsyazma şirkətinin daha geniş imkanlara malik, böyüdülmüş variantı olacağı irəli sürülüb.
Talisca Səudiyyə Ərəbistanında "Nine Four Records" adına bəzi musiqi müqavilələri bağlayıb. Onu Acun Ilıcalı ilə birləşdirən ən önəmli səbəb də Ilıcalının sahibi olduğu telekanalda təşkil etdiyi istedad yarışmaları ilə bir çox musiqiçiyə səhnədə çıxış etmə şansı verməsidir.
Qeyd edək ki, ortaq prodüser şirkəti ideyası ikilinin musiqi ilə bağlı müzakirələrindən sonra yaranıb.
Aysel