"Tam xoşbəxt olmasam da, qadın kimi istədiyim yerdəyəm" - Şəbnəm

"Tam xoşbəxt olmasam da, qadın kimi istədiyim yerdəyəm" - Şəbnəm
MAQAZİN
12:02 18.12.2025
128
"Mən o qədər sadəlövh insanam ki, sənətdə olduğum yerin heç fərqində deyiləm".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu "Tarixin bir günü" verilişində deyib.
 
Müğənni artıq canlı ifaları ilə tamaşaçıların qarşısına çıxmaq istədiyini bildirib:
 
"Mən o qədər sadəlövh insanam ki, sənətdə olduğum yerin heç fərqində deyiləm. Hər kəsi də özüm kimi bilirəm. Heç bir bahalı hədiyyə mənə milyonların sevgisini qazandıra bilməz. Bəzən bilmədən qalmaqallara alət oluram. Mənim sənətim var və canlı oxuyanda tamaşaçıya da xoş gəlir. İnsanlara bu lazımdır, onlar qalmaqaldan beziblər.
 
Mən tam xoşbəxt olmasam da bir xanım kimi istədiyim yerdəyəm. Ailəm, övladlarım, sənətim, məni qoruyan çevrəm var. Sənətimi də çox sevirəm. Əsas odur Allah adamın əzizlərini əlindən almasın".
 
Aysel

 

OXŞAR XƏBƏRLƏR