Daha 2 bitərəf deputat namizəd olacağı dairəni açıqladı

Daha 2 bitərəf deputat namizəd olacağı dairəni açıqladı
SOSİAL
16:54 19.07.2024
264
Milli Məclisin bitərəf deputatı Tamam Cəfərova sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Bu barədə deputat Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, 88 saylı Şamaxı seçki dairəsindən namizəd olacaq.

Tamam Cəfərova 2020-ci ildə 85 saylı Şamaxı seçki dairəsindən deputat seçilib.
 

Milli Məclisin deputatı Tural Gəncəliyev də sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq. 

Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək.

Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur.

OXŞAR XƏBƏRLƏR