"Tamaşaçıda günah yoxdur. Kimi göstərirlər, ona da baxır".
AZXEBER.COM xəbər verir ki,bu sözləri xalq artisti Faiq Ağayev "Meqa şou" verilişində deyib.
"Əvvəl biz hər birimiz izləyiciləri qınayırdıq. Amma tamaşaçıda heç bir günah yoxdur. Televiziyalar kimi göstərir, ona baxırlar. Bu da keyfiyyətli ifaçılar olsa, mən çox sevinərəm. Təəssüf ki, elə deyil. Təsəvvür edin ki beş gün yağış yağır, çölə çıxmayacaqsız? Axırı məcbur qalıb, çətiri götürüb evdən çıxacaqsız axı... Tamaşaçı da belə, məcbur qalır baxır. Mən rəhbər olsaydım heç kəsin qarşısına çəpər qoymazdım. Yeganə tələbim keyfiyyət olardı"- deyə xalq artisti sözlərinə əlavə edib.
Aysel