"Hər zaman səhnəyə çıxanda çalışmışam ki, oxuduğum nəğməni sadəcə bir mahnı kimi deyil, kiçik bir tamaşa, bir fraqment, bir əsər kimi təqdim edim".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında yazıb.
Sənətçi ifa etdiyi mahnıları tamaşaçılara ruhən çatdırmağın önəmindən danışıb:
"İstər tək olum, istər tərəf müqabilim olsun, istər pəncərədən, istərsə göylərə baxım – mənim üçün əsas olan odur ki, o anda səhnədə yaşadığım duyğunu tamaşaçıya çatdırım, onları bu nəğmənin içində yaşadım. Çünki mənim üçün nəğmə bir vasitədir – tamaşaçının qəlbinə yol tapmaq, o nəğməni sevdirmək, onu yaddaşlara yazmaq üçün bir yol. Tamaşaçının gözlərində o gerçəkliyi görəndə, bax o zaman anlayıram ki, məqsədimə çatmışam".
Aysel