Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib.
Sədr müavini əlavə edib ki, o uzun illər Binəqədi rayon bələdiyyəsinin üzvü olub və Binəqədinin problemlərini yaxşı bilir:
T. Qulami qeyd edib ki, Ümid Partiyasından hələlik 40 nəfər namizəd olsa da, sayda artım müşahidə ediləcək:
"Ümid Partiyasından təmsil olunan namizədlərin sayı hələ ki, 40 nəfərdir. Bu şəxslərin sənədləri MSK-ya təqdim edilib. Amma sayda artım olacaq. Çünki davamı gəlir. Digər şəhər və rayon təşkilatlarından da namizədlərimiz var".
Qeyd edək ki, hazırda 8 saylı Binəqədi seçki dairəsindən deputat Azay Quliyevdir. O hələlik seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlamayıb.
Müsavat partiyasından isə adıçəkilən dairədə namizəd Mustafa Hacılı olacaq.
Mikayıl Mirzəzadə