TANAP-ın inşası üçün ilk tenderlər açıq elan edilib

İQTİSADİYYAT
18:05 06.08.2013
1680

“TransAnadolu” təbii qaz boru kəmərinin inşası üçün ilk tenderlər açıq elan edilib.

Gün.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tenderdə iştirak etmək istəyənlər polad boru, inşaat və blok stansiyaları tenderləri üzrə təkliflər vermək üçün dəvət olunublar.“Şahdəniz-2” təbii qazını Türkiyədən Avropa sərhədinə nəql edəcək “TransAnadolu” təbii qaz boru xətti layihəsinin (TANAP) inşası üçün tender təklifləri verməyə dəvət edilən firmalar ilk tender paketi üçün ilk mərhələdə ilkin təsnifat üçün müraciətlərini edəcəklər.İnşaat tenderləri üçün müraciət müddəti 27 sentyabra qədərdir. Təbii qaz boru xətti üçün açıq elan ediləcək tenderlərin ilkin təsnifatı üçün son müraciət tarixi 2013-cü ilin 27 sentyabrına qədər davam edəcək. 1890 km-lik təbii qaz boru xəttinin tikintisi üçün 1-dən artıq tender açılacaq və təkliflər qəbul olunacaq.Boru xəttinin polad dərəcəsinin 56 düym ölçüsündə, X70 və ya X80 olması, divarının qalınlığı 17 mm və 28,36 mm arasında dəyişməsi tələb olunur. Təklif vermək üçün dəvət olunacaq podratçıların ən azı 42 düymlük və 200 km-lik neft və ya təbii qaz boru xəttini inşa etmək təcrübəsinin olması əsas şərtdir.Blok stansiyalarının inşası tenderləri çərçivəsində isə valf stansiyalarından savayı ölçmə stansiyaları, təzyiqazaldan stansiyalar, kompressor stansiyaları və rabitəli SCADA və telekommunikasiya sistemləri inşa ediləcək.

OXŞAR XƏBƏRLƏR